VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək

10:54 - 13.03.2025


13 mart, Fineko/abc.az. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ banka istinadla xəbər verir ki, 30 aprel 2025-ci il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.

Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da baş tutacaq.

İclasın gündəliyi:

1. Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi;

2. Bankın 2024-cü il üzrə maliyyə hesabatına baxılması;

3. Bankın 2024-cü il üçün mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi ilə bağlı təkliflərə baxılması.