Azərbaycanda 807 min aktiv vergi ödəyiciləri var

11:13 - 13.03.2025


13 mart, Fineko/abc.az. 2019-cu ildən bəri Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 2025-ci ilin əvvəlinə 807 min təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib.

“Bu dövrdə iqtisadi sistem üşün əhəmiyyətli hesab etdiyimiz ƏDV ödəyicilərinin sayı isə 3 dəfə artaraq 52,8 minə çatıb”, – deyə o qeyd edib. (Report)