Masallı Sənaye Məhəlləsində 6 müəssisə artıq fəaliyyətə başlayıb

11:24 - 13.03.2025


13 mart, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.

İZİA-dan ABC.AZ-a bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,1 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsalı həyata keçirilib.