12:11 - 13.03.2025
13 mart, Fineko/abc.az. Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyəti sona çatır.
ABC.AZ xəbər verir ki, bu barədə martın 13-də Britaniyanın Financial Times qəzeti adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən yazır.
"Biz Zelenskinin prezidentliyinin son aktındayıq", — deyə mənbə bildirib.
Qəzet yazır ki, artıq Kiyevin siyasi dairələrində Zelenskinin hakimiyyətdə nə qədər qala biləcəyi barədə söhbətlər gedir. Vaşinqtondakı mübahisədə onu açıq şəkildə dəstəkləyən siyasətçilər əslində seçkilərə hazırlaşır, alyanslar təşkil edir və ABŞ prezidenti Donald Tramp administrasiyası və tərəfdarları ilə əlaqə qururlar.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 20 may 2024-cü ildə başa çatıb. Dövlət başçısı seçkiləri hərbi vəziyyət və ümumi səfərbərlik səbəbindən ləğv edildi. Zelenski özü seçkilər üçün “uyğun vaxtın olmadığını" elan etmişdi. Sosioloji araşdırmanın məlumatlarına görə, Zelenskinin mümkün seçkilərində Ukrayna vətəndaşlarının 57%-dən azı dəstək verməyə hazırdır.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025