12:27 - 13.03.2025
13 mart, Fineko/abc.az. Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən toplanan gömrük ödənişlərinin ÜDM-dəki payı 5,3% təşkil edib.
ABC.AZ xəbər verir ki, bunu DGK-nın sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bu göstərici 2014-cü ildə cəmi 2,6% təşkil edirdi: “Eyni zamanda, qeyri-neft sektorunda gömrük yığımlarının xüsusi çəkisi də əhəmiyyətli dərəcədə artıb”.
N. Şirinov bildirib ki, ötən il gömrük yığımlarının məbləği 6 milyard 648 milyon manata çatıb və bu, proqnoz göstəricisini 3,3% üstələyib.
“Sahibkarların sərəncamında qalan vəsait isə 5,7 milyard manat təşkil edib. Bu artımlar gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin geniş tətbiqi nəticəsində mümkün olub. Büdcə gəlirlərində də müsbət dinamika müşahidə edilir. 2024-cü il üzrə Dövlət Gömrük Komitəsinin topladığı vəsaitlər ümumi büdcə gəlirlərinin 17,9%-ni (qeyri-neft sektoru üzrə 34,6%) təşkil edib. Gömrük sistemində şəffaflığın artırılması və fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi əsas hədəflərdən biridir”, – o əlavə edib.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025