Bu halda Rusiyadan Azərbaycana pul köçürmələri azalacaq - Proqnoz

14:12 - 13.03.2025


13 mart, Fineko/abc.az. Mümkün Rusiya-Ukrayna razılaşmasının Azərbaycan və region ölkələrinə (Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə) təsirlərindən biri Rusiyadan pul köçürmələrinin azalması ilə bağlı olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə pul köçürmələrinin və bank köçürmələrinin kəskin artması Özbəkistan, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ermənistan və Tacikistan üçün cari hesab balansını orta hesabla 6.5 faiz bəndi yaxşılaşdırıb. Azərbaycan və Qazaxıstan üçün bu yaxşılaşma həm də neft qiymətlərinin artması ilə əlaqəli olub. Bununla belə, 2023-cü ildə bankların daha sərt uyğunluq tələbləri və Rusiya vəsaitlərinin digər yurisdiksiyalara yönləndirilməsi səbəbindən bu təsirin əksəriyyəti tərsinə çevrilib. (APA)