İki ayda Azərbaycan vətəndaşları Türkiyədən 137 mənzil alıb

16:09 - 13.03.2025


13 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədən 137 mənzil alıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3% çoxdur.

Ötən ay Azərbaycan vətəndaşlarıTürkiyədən 87 mənzil alıb ki, bu da illik müqayisədə 45% artım deməkdir.

Qeyd edək ki, bu ilin ilk iki ayında əcnəbilər Türkiyədən 3 023 mənzil satın alıb.