Rəqəmsal platforma təkmilləşdirildi - Vergi yoxlamaları azaldıldı

16:46 - 13.03.2025


13 mart, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin rəqəmsal platformalarının təkmilləşdirilməsi səyyar vergi yoxlamaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.

ABC.AZ xəbər verir ki, nunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilmiş konfransda bildirib.

“2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Bu, 2023-cü illə müqayisədə 29%, 2018-ci ilə nisbətən isə 5-6 dəfə azdır. Lakin bir yoxlamaya düşən effektivlik göstəricisi 37% artıb və hər yoxlama üzrə hesablanmış vəsait 1,4 milyon manata yaxındır. Vergi nəzarətində əsas yük məsafədən bəlli məlumatlar əsasında aparılan kommeral vergi yoxlamalarının üzərinə düşür: 2024-cü ildə 150 min kommeral vergi yoxlaması aparılıb. Beləliklə bu gün biz vergi ödəyiciləri ilə bağlı tutumlu məlumata malikik. Hər gün bu məlumatların həcmi və keyfiyyəti artmaqdadır”, - deyə o qeyd edib. (Report)