Estoniya həbsxanalarını bu ölkələrə icarəyə vermək istəyir 

16:58 - 13.03.2025


13 mart, Fineko/abc.az. Estoniya hökuməti cümə axşamı keçirilən iclasda Ədliyyə və Rəqəmsal Texnologiyalar Nazirliyinə İsveç və Hollandiyaya Estoniya həbsxanalarının icarəyə verilməsi ilə bağlı danışıqlara başlamağı təklif edib.

"Estoniya həbsxanaları bütün dünyada hörmət qazanıb və yüksək standartlara cavab verir. Yaxşı təlim keçmiş, yüksək ixtisaslı işçilərimiz, insan hüquqlarının müdafiəsinə yönəlmiş iş üsullarımız və çox müasir infrastrukturumuz var", - deyə ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa Pakosta mətbuat konfransında bildirib, ABC.AZ xəbər verir.
Onun sözlərinə görə, həbsxana binalarının icarəsi hüquqi baxımdan mümkündür, praktiki olaraq realdır və iqtisadi cəhətdən zəruridir.