Azərbaycan Gürcüstana ötən il nə qədər investisiya qoyub?

17:00 - 13.03.2025


13 mart, Fineko/abc.az. 2024-cü ildə Azərbaycan Gürcüstana 70,7 milyon ABŞ dollarə investisiya qoyub.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 21,7% azdır.

Azərbaycan ötən ilin I rübündə Gürcüstana 12,7 milyon ABŞ dolları (2,4 dəfə çox), II rübündə 23,7 milyon ABŞ dolları (23,4% çox), III rübündə 12,1 milyon ABŞ dolları (44,7% az), IV rübündə isə 22,3 milyon ABŞ dolları (49,2% az) sərmayə yatırıb.

Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (448,2 milyon ABŞ dolları, 23% çox), Malta (175,8 milyon ABŞ dolları, 80,5% çox), Hollandiya (151,7 milyon ABŞ dolları, 60,7% az) və ABŞ (98,3 milyon ABŞ dolları, 46% az) olub. (Report)