Alimlər smartfonların depressiyaya səbəb olduğunu aşkar ediblər

17:42 - 13.03.2025


13 mart, Fineko/abc.az. Avstriyanın Krems Universitetində aparılan yeni araşdırma göstərib ki, smartfondan daha az istifadə ediləndə, psixikanın vəziyyətini xeyli yaxşılaşdıra bilər.

ABC.AZ xəbər verir ki, alimlər müəyyən ediblər ki, telefonda gündə iki saatdan olmaq əhval-ruhiyyəni olduqca yaxşılaşdıra, stresi azalda və yuxunu yaxşılaşdıra bilər.

Təcrübədə 100-dən çox tələbə iştirak edib, onların orta yaşı 23 təşkil edib. Üç həftə sonra telefondan daha az istifadə edənlərdə depressiya simptomları 27 %, stres 16 % azalıb, yuxu isə 18 % yaxşılaşıb. İştirakçılar əhval-ruhiyyələrinin 14% yaxşılaşdığını da müşahidə ediblər.
Buna baxmayaraq, köhnə davranış nümunələrinə qayıtmaq tez bir zamanda zehni sağlamlığın pisləşməsinə səbəb olub.
Euro Puls xatırladır ki, smartfonun istifadə müddəti son illərdə kəskin şəkildə artıb və bu gün dünyada orta hesabla gündə 3 saat 46 dəqiqə təşkil edir. ÜST-nin 2022-ci il araşdırmasına görə, Avstriyada yeniyetmələrin 38%-i gündə ən azı beş saat telefonda olur.