Tramp ailəsi “Binance”dan pay ala bilər

10:12 - 14.03.2025


14 mart, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın ailəsinin nümayəndələri kriptovalyuta birjası “Binance” ilə mümkün pay alışı ilə bağlı danışıqlar aparıblar.

ABC.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadən yazır.

Məqalədə qeyd olunub ki, “Binance” nümayəndələri hələ ötən ilin sonunda Trampın ailəsinə müqavilə təklif ediblər. Qəzet yazır ki, şirkət bu yolla ABŞ-də fəaliyyətini bərpa etmək istəyir.

Xatırladaq ki, daha əvvəl “Binance” çirkli pulların yuyulması ilə mübarizə qaydalarını və ABŞ sanksiyalarını pozmaqda təqsirli bilinib. Xüsusilə, Fələstinin HƏMAS hərəkatının nümayəndələri 2021-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər birja vasitəsilə 41 milyon dollar kriptovalyuta əldə ediblər. 2023-cü ildə “Binance” təqsirli olduğunu etiraf edib və 4.3 milyard dollar məbləğində cərimə ödəməyə razılaşıb, eyni zamanda ölkədə biznes fəaliyyəti ilə bağlı lisenziyasını itirib.