Azad olunmuş ərazilərin bərpasına nə qədər vəsait yönəldilib?

11:24 - 14.03.2025


14 mart, Fineko/abc.az. 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cəmi 5347.2 mln. manat vəsait xərclənilib.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, ümumilikdə 2021-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə 17,6 mlrd. manat vəsait yönəldilib və 2025-ci ilin dövlət büdcəsində 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.