Çin, Rusiya və İran BRICS və ŞƏT-də koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər

11:32 - 14.03.2025


14 mart, Fineko/abc.az. ÇXR, Rusiya Federasiyası və İran BRICS və ŞƏT kimi beynəlxalq təşkilatlarda koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. 

ABC.AZ xəbər verir ki, bu barədə Pekində İranın nüvə problemi ilə bağlı keçirilən görüşün yekunlarına dair üç ölkənin XİN nümayəndələrinin birgə bəyanatında deyilir.