11:46 - 14.03.2025
14 mart, Fineko/abc.az. Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.
ABC.AZ xəbər verir ki bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, son 20 il ərzində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində avtomobil yolları şəbəkəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində şəhərdə yeni müasir avtomobil yolları, yol qurğuları, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilərək istifadəyə verilib.
Hesabat ilində Bakı şəhərində xüsusilə Bakı-Sumqayıt və Bakı-Lökbatan istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun inşası layihəsi üzrə işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir.
Bu istiqamətdə sözügedən problemlərin həllinin Bakı şəhərinin Baş planına uyğun (yerüstü metro xətlərinin çəkilməsi, avtomobil yollarının genişləndirilməsi və alternativ avtomobil yolların tikintisi və s.) mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025