11:53 - 14.03.2025
14 mart, Fineko/abc.az. Qırğızıstan və Tacikistan 2021-ci ildə dayandırılmış aviareysləri bərpa edib.
ABC.AZ xəbər verir ki, Düşənbə ilə Bişkek arasındakı ilk uçuşu Tacikistan milli hava daşıyıcısı "Somon Air" həyata keçirib.
Martın 23-dən marşrut üzrə uçuşlar bazar günləri həyata keçiriləcək. Gələcəkdə aviaşirkət Qırğızıstanın paytaxtına uçuşların tezliyini həftədə ikiyə qədər artırmağı planlaşdırır.
Bundan əlavə, yaxın vaxtlarda tərəflər arasında avtobusla gediş-gəliş də bərpa olunacaq.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025