ABŞ Mozambikdə qaz layihəsi üçün “TotalEnergies” şirkətinə 5 milyard dollar ayıracaq

14:15 - 14.03.2025


14 mart, Fineko/abc.az. ABŞ Mozambikdə LNG istehsalı layihəsi üçün “TotalEnergies” şirkətinə təxminən 5 milyard dollar kredit ayıracaq.

ABC.AZ xəbər verir ki, kütləvi iğtişaşlar səbəbindən tikinti 2021-ci ildən təxirə salınırdı.

Reuters-in məlumatına görə, hazırda regionda vəziyyət stabilləşib. Dekabr ayında Mitsui-nin tərəfdaş şirkəti tikintinin bərpası üçün son hazırlıqların aparıldığını bildirmişdi. Mozambikin enerji naziri Estevao Pale həmçinin İngiltərə və Hollandiyadan dəstək təsdiqini gözləyir.

Total Energy-nin 26,5% səhminə sahib olduğu Mozambik LNG layihəsi Mozambiki Afrikanın cənubundakı əsas LNG istehsalçısına çevirməlidir.