15:35 - 14.03.2025
14 mart, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan dünyanın nüfuzlu inkişaf bankları və fondları, həmçinin müxtəlif beynəlxalq maliyyə təşkilatları ilə 217 kredit sazişi imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu sazişlər ölkənin sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edən sahələr üzrə 174 layihənin maliyyələşdirilməsini təmin edib.
İmzalanmış sazişlərdən 105-nin müddəti başa çatıb, 112-si qüvvədədir.
Hazırda xarici kreditlər hesabına ölkə daxilində 6 layihənin, o cümlədən nəqliyyat sektoru üzrə 2, sosial sektor üzrə 1, ekologiya sektoru üzrə 1, elektrik infrastrukturu sektoru üzrə 1, su təchizatı və meliorasiya sektoru üzrə 1 layihənin həyata keçirilməsi davam etdirilir.
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
22 May 2025
20 May 2025
20 May 2025