15:44 - 14.03.2025
14 mart, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır.
Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə 561,8 min qısa mesaj göndərilib, 208,6 min telefon zəngi edilib.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025