Buna görə 7 min şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb

16:03 - 14.03.2025


14 mart, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib.

ABC.AZ xəbər verir ki, borcun dövlət büdcəsinə alınmasını təmin etnmək üçün borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılıb, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min ədəd qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun "İnzibati icra haqqında" qanunun 82-ci maddəsinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,12 min qərar qəbul edilib, habelə 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aiddiyyəti istintaq orqanına göndərilib.

Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsi üçün vasitələrdən biri Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçiliğı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT), TADAT metodologiyasına əsasən vergi borclarının məbləği ve hərəkət göstəricisi indikatoru, büdcə ilinin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Belə ki, metodologiyaya əsasən bu nisbət göstəricisi 20 % -dən artıq olduğu halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə təşkil olunmamış kimi qiymətləndirilir.

Respublika üzre 2024-cü ilin sonuna gözlənilən ümumi borc məbləğinin təqribən 3 milyon 120,4 min manat təşkil edəcəyi nəzərə alınmaqla həmin göstərici sözügedən metodologiyaya əsasən normadaxili göstərici kimi qəbul edilə bilər.