Sosial sığorta haqları üzrə vergi ödəyicilərinin yanvarda nə qədər borcu olub?

16:15 - 14.03.2025


14 mart, Fineko/abc.az. Sosial sığorta haqları üzrə 1 yanvar 2024-cü ilə 150,3 min vergi ödəyicisinin 233,2 milyon manat, 1 yanvar 2025-ci ilə isə 155,2 min vergi ödəyicisinin 263,9 milyon manat borcu olub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bu göstəricilər müvafiq olaraq İşsizlikdən sığorta haqları üzrə 5,5 milyon manat (26,9 min vergi ödəyicisi) ve 6,7 milyon manat (31,5 min vergi ödəyicisi), İcbari tibbi siğorta haqları üzrə isə 15,3 milyon manat (57,7 min vergi ödəyicisi) və 26,2 milyon manat (67,3 min vergi ödəyicisi) taşkil edib.