16:45 - 14.03.2025
14 mart, Fineko/abc.az. Əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.
Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilib.
Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,4 min ailəsinə 6,4 min uşaq üçün aylıq müavinət verilib.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025