19:04 - 14.03.2025
14 mart, Fineko/abc.az. yaxın gələcəkdə süni intellekt (AI) tərtibatçıları kod yazmaqda tamamilə əvəz edə bilər.
ABC.AZ xəbər verir ki, bunu Anthropic şirkətinin baş direktoru və həmtəsisçisi Dario Amodey deyib.
Onun sözlərinə görə, 3-6 aydan sonra AI proqram təminatının 90%-ni, 12 aydan sonra isə demək olar ki, bütün kodu yaradacaq.
Tədbirdə beynəlxalq münasibətlər Şurasında çıxış edən Amodey qeyd edib ki, buna baxmayaraq, tərtibatçılar hələ də vacib bir bənd olaraq qalacaqlar, çünki məhz onlar lazımi şərt və dizayn xüsusiyyətləri olan AI modellərini təyin edəcəklər. Bununla belə, o, əmindir ki, vaxt keçdikcə AI insanların indi yerinə yetirdiyi bütün tapşırıqları yerinə yetirə biləcək və bu inqilab bütün sahələrə təsir edəcək.
2021-ci ildə Amoday tərəfindən təsis olunan Anthropic, Google və Amazon kimi texnoloji nəhənglərin xeyli sərmayələrini cəlb etmişdi. Əvvəlki çıxışlarında Amodey artıq AI-nin dünya iqtisadiyyatına gətirə biləcəyi geniş miqyaslı dəyişikliklər məsələsini qaldırmışdı.
25 Aprel 2025
25 Aprel 2025
25 Aprel 2025
25 Aprel 2025
25 Aprel 2025
25 Aprel 2025
23 Aprel 2025
23 Aprel 2025
23 Aprel 2025