İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib

13:55 - 15.03.2025


15, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bununla bağlı “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.

Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.