11:18 - 17.03.2025
17 mart, Fineko/abc.az. Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaların müddətini 2028-ci il martın 17-nə qədər uzadıb.
ABC.AZ xəbər verir ki, bu barədə Yeni Zelandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Rusiyaya qarşı sanksiyaların müddəti 2025-ci il martın 17-də başa çatmalı idi. Yeni Zelandiya hökuməti onların müddətini daha üç il uzadıb. Bu qərar martın 14-də qəbul edilib və bu gün qüvvəyə minib”, – məlumatda qeyd olunub.
Yeni Zelandiyanın sanksiyaları “bu ölkənin bütün vətəndaşlarının üzərinə bir sıra öhdəliklər qoyur, Rusiya Federasiyası ilə bağlı müəyyən fəaliyyət növlərini qadağan edir və ya məhdudlaşdırır”. Həmçinin yeni zelandiyalılar “Rusiya ilə ticari-iqtisadi münasibətlərlə bağlı ola biləcək hər hansı şübhəli fəaliyyət barədə məlumat verməlidirlər”.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025