Azərbaycanda ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib

11:30 - 17.03.2025


17 mart, Fineko/abc.az. Bu ilin fevral ayında Azərbaycanda ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.

ABC.AZ xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

FAO-nun hesabatına əsasən, bu, yanvar ayı ilə müqayisədə 1, 6 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,2 % artım deməkdir.

Bildirilib ki, əsas qiymət artımları taxıl, bitki yağları, süd və şəkər məhsullarında müşahidə olunub.

Məlumata görə, fevral ayında FAO-nun taxıl qiymətləri indeksi 112.6 bənd təşkil edib ki, bu da yanvar ayına nisbətən 0,7 % artım deməkdir. Əsas səbəblər arasında Rusiya və ABŞ-da əlverişsiz məhsul şəraiti və Argentinada istehsalın azalması qeyd edilir.