Ötən ay bitki yağları 2 faiz bahalaşıb

11:51 - 17.03.2025


17 mart, Fineko/abc.az. Fevral ayında bitki yağlarının qiyməti 2 % artaraq 156.0 bəndə çatıb.

ABC.AZ xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatında bildirilir.

FAO-ya görə, bu artım Cənub-Şərqi Asiyada hasilatın azalması və İndoneziyada biodizel sənayesindən yüksək tələblə əlaqəlidir.

Süd məhsulları fevral ayında 4 % bahalaşıb. Xüsusilə pendir və kərə yağı qiymətlərində ciddi artım qeydə alınıb. Ekspertlər bunu Okeaniyada süd istehsalının azalması ilə əlaqələndirirlər.

Fevral ayında şəkər qiymətləri yanvara nisbətən 6.6 % artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 % azalma müşahidə edilib. Hindistanda istehsalın azalması və Braziliyadakı hava şəraiti bu bahalaşmaya təsir edən əsas faktorlar sırasındadır.