12:12 - 17.03.2025
17 mart, Fineko/abc.az. Ötən il 200 avtobus təmir olunaraq yenidən istismara buraxılıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.
Onun sözlərinə görə, bununla paytaxtda və şəhərətrafı ərazilərdə müntəzəm marşrutlarda istismar olunan avtobusların sayı 2160-a çatıb.
"Yaxın zamanlarda bu rəqəmin 2500-ə çatdırılması planlaşdırılır. Mobilliyin transformasiyası və marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində avtobus parkının yenilənməsi prosesi ölkənin bölgələrini də əhatə edir” - deyə şöbə müdiri bildirib.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025