Rusiya Qətərə kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağa hazırdır

12:15 - 17.03.2025


17 mart, Fineko/abc.az. Rusiya Qətərə kənd təsərrüfatı məhsullarının tədarükünü artırmağa hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Denis Manturov bildirib. 

O, həmçinin qeyd edib ki, Rusiya dərman vasitələrinin ixracını artırmağa hazırdır və onların istehsalının ölkədə lokallaşdırılması imkanlarını nəzərdən keçirir. 
O qeyd edib ki, Rusiya Qətərdə dəniz konteyner xətlərinin təşkili üzərində işləyir. Bu, biznesə ticarət zamanı logistika xərclərini azaltmağa imkan verəcək.