15:06 - 17.03.2025
17 mart, Fineko/abc.az. Hazırda Azərbaycanla Rusiya arasında yükdaşmalar bazarının 85%-i yerli şirkətlərin payına düşür.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşıma departamentinin rəhbəri Sübhan Abilov Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan daşıyıcıları 3-cü ölkələrə də daşımalar həyata keçirir: “Məsələn, Türkiyədən Rusiyaya və yaxud Rusiyadan Almaniyaya daşımalar həyata keçirilir. Son illər xarici ölkələrlə qurulan əməkdaşlıq nəticəsində bu istiqamətdə ciddi irəliləyiş əldə olunub. 2021-ci ildə üçüncü ölkə daşımaların sayı 13 900 idisə, 2024-cü ildə bu rəqəm 45 900 olub”.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025