15:14 - 17.03.2025
17 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.
Dövlət Gömrük Komitəsindən (DGK) ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon dollar ixracın, 4 milyard 138,02 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 faiz azalıb, idxal isə 69,1 faiz artıb.
Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025