Ötən iki ayda qiymətlər 5,4 faiz, əhalinin gəlirləri isə 5,9 faiz artıb

15:31 - 17.03.2025


17 mart, Fineko/abc.az. 2025-ci ilin ilk iki ayının yekunlarına əsasən, Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907.1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 1 164.2 manat olub və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.9 faiz çoxdur.

Ölkədə nəqliyyat qiymətindən ərzaq qiymətini ölçən istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5.4 faiz artıb.