Türkiyənin AJet aviaşirkəti Rusiyanın bu şəhərindən İstanbula uçuşlar həyata keçirəcək

15:53 - 17.03.2025


17 mart, Fineko/abc.az. Türkiyənin AJet aviaşirkəti Sankt-Peterburqun Pulkovo hava limanından İstanbula reyslər işə salır.

ABC.AZ xəbər verir ki, bu barədə Pulkovo hava limanını idarə edən "Воздушные Ворота Северной Столицы" Şirkətinin mətbuat xidməti məlumat verib.

"Aviaşirkət yayda Sabiha Gökçen hava limanına gündəlik uçuşlar həyata keçirəcək", - deyə məlumatda qeyd olunur.
Qış mövsümündə aviaşirkət həftədə dörd dəfə (bazar ertəsi, çərşənbə, cümə və bazar günləri) İstanbula uçuşlar həyata keçirəcək.
Türkiyə Respublikasının Sankt-Peterburqdakı baş konsulu Özgün Talunun qeyd etdiyi kimi, daha əvvəl Pulkovo hava limanına iki Türkiyə aviaşirkəti (Turkisn Airlines və Pegasus Airlines) reyslər həyata keçirirdi.