Azərbaycanda traktorların istehsalı 30.4 faiz azalıb

16:22 - 17.03.2025


17 mart, Fineko/abc.az. Maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-fevral aylarında 93.2 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxili olan məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 22.4 faiz artmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35.1 faiz azalıb.

2025-сi ilin yanvar-fevral aylarında 467 ədəd və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 107 ədəd az (18.6% az) minik avtomobili istehsal olunmuşdur.

Ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 30.4 faiz azalıb.