Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 mlrd. kubmetrdən çox qaz nəql olunub

16:46 - 17.03.2025


17 mart, Fineko/abc.az. Cari ilin yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 7 milyard 108,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 3,2 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, iki ayda qaz nəqlinin 48 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 4,83 faiz azalaraq 3 milyard 412,9 milyon kubmetr təşkil edib.