Sumqayıtda 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

17:07 - 17.03.2025


17 mart, Fineko/abc.az. Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkından bildirilib.

Onun sözlərinə görə, müəssisələr elektrik mühərrikli avtobusların, yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin, tikinti kimyəvilərin, inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.

Bundan başqa, E.Kazımov 2015-2024-cü illərdə Parkda 13,2 milyard manatlıq məhsul istehsal edilib, 2016-2024-cü illərdə istehsal edilmiş 4,6 milyard manatlıq məhsul 70-dən çox ölkəyə ixrac olunub. Parka sahibkarlar 5,5 milyard manatdan çox investisiya yatırıb, 6400-dən çox daimi iş yeri yaradıb”. (Report)