17:27 - 17.03.2025
17 mart, Fineko/abc.az. Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalan və Sumqayıtdan Bakıya gələn bir çox sərnişinlərdən 0.80 və 1.20 AZN yerinə 2.40 AZN gedişhaqqı çıxılır.
ABC.AZ xəbər verir ki, bu şikayətlə həmin reysdən istifadə edən sərnişinlər müraciət ediblər. Onlar bildirirlər ki, sərnişinlər şikayət üçün yığışsalar da, faydası olmayıb, ödənişləri geri qaytarılmayıb.
Problemlə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət edilib. Qurumdan isə belə bildirilib ki, martın 13-dən “Mastercard” beynəlxalq ödəniş sistemində həm kart, həm də cihaz vasitəsilə ödəniş zamanı, başqa sözlə, NFC ödənişlərində balansdan vəsaitin çıxılma məntiqi dəyişib.
"Belə ki, sərnişin kartını və ya cihazı dəmiryol vağzalı və stansiyalarının turniketlərinə oxutduranda balansında müəyyən məbləğ bloklanıb. Gedişhaqqı çıxıldıqdan sonra qalan məbləğ sonradan karta qaytarılır. Lakin artıq bu gündən etibarən “Mastercard” kartları ilə gedişhaqqının əvvəlki qaydada ödənilməsi təmin edilib”, - deyə qurumdan bildirilib.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025