09:53 - 18.03.2025
18 mart, Fineko/abc.az. Tailand hökuməti xarici turistlər üçün krallıqda vizasız qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti Tailandın Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, müddətin azaldılmasına səbəb qeyri-qanuni biznesə qarşı mübarizədir. Belə ki, Tailandda qeyri-leqal işləyən və ya ölkədə bizneslə məşğul olan əcnəbilərin sayı artıb.
Phuketdə və digər beş məşhur kurortda – Çianqmay, Pattaya, Huahin, Samui adasında və Banqkokda qeyri-qanuni bizneslə mübarizə çərçivəsində mütəmadi olaraq yoxlamalar aparılır:
“2024-cü ildə turizm departamenti 40 şirkətin lisenziyasını ləğv edib ki, bu da onların turizm biznesi ilə məşğul olmaq hüququndan məhrum edilməsinə səbəb olub”, – məlumatda deyilir.
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025