"Alphabet" kibertəhlükəsizlik şirkətini 30 mlrd dollara almaq istəyir

11:05 - 18.03.2025


18 mart, Fineko/abc.az. Google şirkətinin ana şirkəti olan "Alphabet" Amerikanın "Wiz" kibertəhlükəsizlik şirkətinin 30 mlrd dollara alınması ilə bağlı danışıqlar aparır.

ABC.AZ xəbər verir ki,  bu barədə Financial Times (FT) qəzeti mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, "proqram təminatı sahəsində ən sürətlə böyüyən startaplardan birini almaq axtarış nəhəngi tarixində ən böyük sövdələşmə ola bilər".

"Alphabet" keçən il  "Wiz"-i 23 mlrd dollara almaq istəyirdi, lakin kibertəhlükəsizlik şirkətinin bəzi direktorları və investorları antiinhisar qanunları ilə bağlı maneələrdən narahat olduqdan sonra danışıqlar pozuldu. İndi "Alphabet" 30 mlrd dollardan çox təklif edir.