60 il əvvəl ilk dəfə insan açıq kosmosa çıxdı 

11:18 - 18.03.2025


18 mart, Fineko/abc.az.18 mart 1965-ci ildə Sovet kosmonavtı Aleksey Leonov ilk dəfə kosmik gəmidən açıq kosmosa çıxdı. 

ABC.AZ xəbər verir ki, 18 mart 1965-ci il tarixində Moskva vaxtı ilə saat 10:00-da kosmik gəmi Baykonur kosmodromunda fəzaya qalxdı. Şlüz kamerası artıq Yerin üzərində ilk dövrədə açıldı. İkinci dövrədə isə Leonov şlüzə, ondan isə açıq kosmosa addımladı. 
Havasız məkanda Leonov 23 dəqiqə 41 saniyə, bunun 12 dəqiqə 9 saniyəsini şlüz kamerasının xaricində açıq kosmosda keçirdi.