“A-Qroup Sığorta” ASC-nin mənfəəti və gəlirləri kəskin azalıb

11:18 - 18.03.2025


18 mart, Fineko/abc.az. “A-Qroup Sığorta” ASC 2024-cü ili 143 222 manat mənfəətlə başa vurub. 2023-cü ildə sığorta şirkətinin mənfəəti 698 897 manat olub ki, bu da illik müqayisədə 4.9 dəfə azalma deməkdir.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il “A-Qroup Sığorta”nın gəlirləri 21 milyon 676 min manat (əvvəlki ilə nisbətən 14.3% az), xərcləri isə 21 milyon 497 min manat (12% az), mənfəət vergisi ödəmələri isə 35 805 manat (5.2 dəfə az) təşkil edib.