Azərbaycan yenidən bu ölkəyə xam neft satmağa başlayıb

11:25 - 18.03.2025


18 mart, Fineko/abc.az. Azərbaycan təqribən üç illik fasilədən sonra İsveçrəyə xam neft ixrac etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə hökumətin açıqladığı rəsmi rəqəmlərdə göstərilir. Belə ki, fevralda İsveçrəyə 89 697 tonluq xam neft satılıb.

Satılmış xam neftin ümumi dəyəri 53.86 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, keçən İsveçrə ümumilikdə 2.587 mln. ton xam neft alıb. Bunun da, əsas hissəsi, yəni 1.411 mln. tonu ABŞ-nin, 955 min tonu Nigeriyanın payına düşüb.

Sonuncu dəfə İsveçrə Azərbaycanda 2022-ci ilin iyulunda xam neft almışdı.