2025-cü ildə Naxçıvanda 7 kredit təşkilatı tərəfindən 318 layihə maliyyələşdirilib

15:34 - 18.03.2025


18 mart, Fineko/abc.az. 2023-cü ilin sonunda Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edirdi, bu rəqəm bu ilin 2 ayında 8-ə çatdırılıb.

ABC.AZ xəbər verir ki, bunu muxtar respublikanın İqtisadiyyat Nazirliyində  keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Vüsal Novruzov bildirib.

V. Novruzov əlavə edib ki, 7 müvəkkil kredit təşkilatı tərəfindən aktiv portfelə daxil olan 45,5 milyon manat vəsait üzrə 318 layihə maliyyələşdirilib:

“Fond tərəfindən 2025-ci ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 72 %-i kənd təsərrüfatı, 21 %-i sənaye, 7 %-i isə xidmət sahələrinin inkişafına yönəldilib. Bu ilin birinci rübü hələ yekunlaşmasa da, verilən güzəştli kreditlərin həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artdığını və bu göstəricinin maliyyələşdirilən layihələrin sayında da əhəmiyyətli artımı əks etdirdiyini vurğulayıb. Bu ilin birinci rübündə maliyyələşdirilən layihələr ötən ilin illik göstəricisinin 94 %-ini təşkil edib”. (Report)