Gömrükçülər avtomobildə gizlədilmiş dərman vasitələri aşkar etdilər

13:30 - 13.09.2018


13 sentyabr, Fineko/abc.az. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz C 180" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində "Etambutol" yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində "Karipazim" yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.

 


Bütün xəbərlər