Gürcüstan şirkəti Azərbaycanda qeydiyyata alındı

17:34 - 18.03.2025


18 mart, Fineko/abc.az. Gürcüstanda qeydiyyatda olan “RBC Logistic” Azərbaycan bazarına daxil olur.

ABC.AZ xəbər verir ki, keçən həftə logistika şirktəi Azərbaycanda “RBS Logistics Azerbaijan” MMC adlı şirkəti qeydiyyata alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 15, ofis 63 (11-ci mərtəbə) olaraq göstərilib.

“RBS Logistics Azerbaijan”nın nizamnamə kapitalı 100.00 AZN təşkil edir və onun baş icraçı direktoru isə Gürcüstan vətəndaşı Roman Bebia təyin olunub. O, həm də, ana şirkətin rəhbəridir.

“RBS Logistics” 2011-ci ildə yaradılmış və Qafqaz regionunda ekspeditor şirkəti kimi tanınır. Şirkət ağır yüklərin və təhlükəli maddələrin daşınmasında ixtisaslaşıb. Şirkət, hava yolu ilə təhlükəli yüklərin daşınması da daxil olmaqla, müxtəlif nəqliyyat və logistika həlləri təklif edir.