Neft ucuzlaşır, Brent bir barelə $70,33 təşkil edir

09:25 - 19.03.2025


19 mart, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markalırın qiyməti aşağı düşür.

Brent markalı neftin may fyuçersləri ICE Futures birjasında saat 09:18 - də $0,23 (0,33%) - bir barelə $70,33-a düşüb. Martın 18 - də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin may fyuçersləri $0,51 (0,72%) - bir barelə $70,56-a qədər ucuzlaşıb.

NYMEX əmtəə birjasının ticarətində  WTI neftinin aprel fyuçersləri saat 09:18-də $0,22 (0,33%) azalaraq bir barelə $66,68-a düşüb. Martın 18-də aparılan hərracların nəticələrinə görə,  WTI neftinin aprel fyuçersləri $0,68 (1,01%) ucuzlaşaraq bir barelə $66,90 dollara düşüb.