10:27 - 19.03.2025
19 mart, Fineko/abc.az. “Azsığorta” ASC 2024-cü ili 1 milyon 694 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ildə 1 milyon 582 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 7% artımdır.
ABC.AZ şirkətin illik hesabatına istinadən xəbər verir ki, ötən il “AzSığorta” ASC-nin cəmi gəlirləri 13 milyon 33 min manat (əvvəlki ilə nisbətən 36% az), cəmi xərcləri 10 milyon 874 min manat (41% az) təşkil edib. 2023-cü ildə sığorta şirkətinin cəmi gəlirləri 20 milyon 342 min manat, cəmi xərcləri 18 milyon 364 min manat olub.
Hesabat dövründə sığorta şirkətinin cəmi aktivləri 2.5% artaraq 30 milyon 700 manata, cəmi kapitalı 10% artaraq 18 milyon 832 min manat olub.
“AzSığorta” ötən il 8 milyon 578 min manat sığorta haqları yığmışdırsa, 2023-cü ildə 7 milyon 946 min manat toplayıb.
18 Aprel 2025
18 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025
16 Aprel 2025