Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

10:51 - 19.03.2025


19 mart, Fineko/abc.az. Türkiyə İstanbulun müxalif meri Əkrəm İmamoğlunun həbsindən sonra bir neçə sosial media platformasına girişi məhdudlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə X-də NetBlocks beynəlxalq internet monitorinq xidməti məlumat verib.

Onun sözlərinə görə, YouTube, X, TikTok sosial şəbəkələri, eləcə də İnstagram video hostinqi ölkədə məhdudiyyətlə üzləşib. Məlumata görə, İstanbul Baş Prokurorluğu İmamoğluna və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıqda ittiham irəli sürüb.