10:54 - 19.03.2025
19 mart, Fineko/abc.az. 2023-cü ildə müəyyən etdik ki, Naxçıvan Muxtar Respublikasında heç bir şəhərin Baş planı yeni deyil, hətta Naxçıvan şəhərinin ən yeni Baş planı 1983-cü ildə tərtib olunub. Bu, dövrün tələblərinə uyğun deyildi.
ABC.AZ xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad şəhərində jurnalistlərə müsahibəsində deyib.
F. Nəcəfli deyib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən, bu işlərə start verilib: “Dövlət Proqramı təsdiq olunarkən Naxçıvan Muxtar Respublikasında əsas şəhərlərin Baş planının işlənməsi ilə bağlı məsələyə baxdıq. Naxçıvan, Ordubad və Şahbuz şəhərlərinin Baş planlarının işlənməsi ilə bağlı artıq işlər aparılır. Demək olar ki, Naxçıvan şəhəri ilə bağlı proses yekunlaşmaq üzrədir”.
O bildirib ki, Ordubad “Cümə” məscidinin bərpası 2023-2027-ci illər Dövlət Proqramının hədəf memarlıq abidələrindən biri sayılıb.
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
22 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025
21 Aprel 2025