12:29 - 19.03.2025
19 mart, Fineko/abc.az. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün Avropada təbii qazın orta qiyməti üzrə baza proqnozunu yeniləyib.
ABC.AZ xəbər verir ki, TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiymətinin 2025-ci ildə 12 ABŞ dolları (öncəki proqnoz – 11 dollar), 2026-cı ildə - 8 dollar, 2027-ci ildə - 7 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 7 dollar səviyyəsində olacağı ehtimal olunur.
Proqnoza əsasən, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olub.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. (APA)
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025
18 Aprel 2025